Ağır yaralananlardan daha bir nəfər həyatını itirib
Ağdam rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
AYNA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, ağır yaralananlardan daha bir nəfər həyatını itirib. Bununla da qəza nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma davam etdirilir.