Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.