Mingəçevir su anbarından həyəcan siqnalı daxil olub

Hadisə

22.07.2019 - 10:32

Dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə, Mingəçevir su anbarında, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.​

Müəllif: Ayna.az