Belarusiya səfirinin müşaviri güllələndi - <font color=red> Çavuşoğlu danışdı</font>

Hadisə

25.07.2019 - 02:41

Cinayətkar hadisədən sonra özünü öldürüb

 

Ankaranın Çankaya bölgəsində güllələnmə faktı qeydə alınıb. AYNA  haqqin.az-a istinadən xəbər verir ki, Belarus səfirliyinin inzibati işlər müşaviri Aleksandr Poqanşev Ankaranın Dikmen parkındada oğlu ilə gəzərkən türk qonşusu tərəfindən güllələnib. 

 

Dörd güllə yarası alan Poqanşev ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Poqanşevi ziyarətə gedən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə məlumat verib ki: "Ehtiyata buraxılmış hərbçi diplomata beş-altı güllə atıb. Nazirin məlumatına görə, əməliyyət yüksək səviyyədə keçirilib, müşavirin səhhəti qənaətbəxşdir. Həkimlər bildirir ki,  o, palataya köçürülüb. İstintaq zamanı ilkin nəticəyə görə məlum olub ki, hadisə şəxsi münasibətlərə görə baş verib. Burada heç bir siyasi amil yoxdur. Bizim nazirlik yaxın zamanlarda hadisə ilə bağlı şərhini təqdim edəcək. Türkiyənin ölkə başçısı Rəcəb Tayyib Ərdoğan hadisələrin gedişatını izləyir".

 

Məlumata görə, diplomatı güllələyən təqaüddə olan hərbçi olub və onun ağır psixoloi problemləri olduğu bildirilir. Onun hadisədən sonra atəş açdığı silahla özünü öldürdüyü bildirilir. 

Müəllif: Ayna.az