Ağ Ev Kelloqun istefa verəcəyini təsdiqləyib

Dünya

21.11.2025 - 14:38

"Ağ Evin adının çəkilməsini istəməyən bir rəsmisi Kelloqun istefası xəbərini təsdiqlədi"

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun istefa verəcəyini təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbəsinə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Ağ Evin adının çəkilməsini istəməyən bir rəsmisi Kelloqun istefası xəbərini təsdiqlədi".

19 noyabrda “Reuters” mənbələrə istinadən xəbər verib ki, Kelloq 2026-cı ilin yanvarında xüsusi elçi vəzifəsindən ayrılmaq planları barədə işçilərinə məlumat verib. O istefasının səbəbi kimi Ukrayna danışıqlar prosesindəki "ayrılma" hissini göstərib, çünki təşəbbüs uzun müddətdir ki, başqa bir xüsusi elçi Stiv Vitkoffun əlindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş