Ağ Ev: ABŞ Ukraynaya yeni yardım paketləri planlaşdırmır

Dünya

17.01.2024 - 09:28

cedabet dərman SEO Xidməti

“Biz bu mərhələdə yeni hərbi yardım paketləri üzərində işləmirik və ayırmağı planlaşdırmırıq”

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynaya yeni yardım paketlərinin ayrılması ilə bağlı vəziyyəti şərh edib.

AYNA xarici mediaya istinadən bildirir ki, Kirbi brifinqdə Ukraynaya ötən ilin dekabrın 27-də ayrılan yardım paketinin sonuncu olduğunu xatırladıb: “Biz bu mərhələdə yeni hərbi yardım paketləri üzərində işləmirik və ayırmağı planlaşdırmırıq”.

Ağ Ev rəsmisi izah edib ki, ABŞ-ın Ukraynaya yardım göstərmək üçün büdcə vəsaiti yoxdur: "Buna görə də bu yardımın davam etdirilə bilməsi üçün əlavə maliyyə tələbinin təsdiqlənməsi çox vacibdir".

Qeyd edək ki, yanvarın 12-də Kirbi bildirib ki, ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü dayandırıb. Çünki Vaşinqtonun bu proqram üçün büdcə vəsaiti qalmayıb. ABŞ rəsmisi vurğulayıb ki, Kiyevə yardımın sonrakı taleyi Konqresin qərarından asılıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş