ABŞ xüsusi təyinatlıları İsrailə gəlib

Dünya

01.11.2023 - 15:53

cedabet dərman SEO Xidməti

Xüsusi təyinatlılar Qəzzada girovların axtarışına kömək edəcəklər

Onlarla əsgərdən ibarət ABŞ xüsusi təyinatlıları Qəzza zolağında girovların axtarışı və şəxsiyyətinin müəyyən edilməsinə kömək etmək üçün İsrailə gəlib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“Biz israillilərə girovların, o cümlədən amerikalıların müəyyən edilməsində, digər bir sıra işlərdə köməklik göstəririk. Bu, həqiqətən də bizim məsuliyyətimizdir”, – nəşr Pentaqonun rəhbərinin köməkçisi Kristofer Mayerdən sitat gətirib.

Mayer vurğulayıb ki, xüsusi təyinatlıların vəzifələrinə islamçı HƏMAS qruplaşması ilə döyüşlərdə iştirak daxil olmayacaq.

Girovların tapılması işi FTB, ABŞ Dövlət Departamenti və ABŞ hökumətinin digər nümayəndələri ilə razılaşdırılaraq həyata keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş