“Payız aylarında pandemiya qriplə birləşəcək”
Koronavirusun ən çox zərər verdiyi ABŞ-da gərginlik səngimək bilmir. AYNA xəbər verir ki, Səhiyyə Nazirliyinin keçmiş rəsmisi Rik Brayt pandemiyadan əvvəl prezident Donald Trampa xəbərdarlıq etməsi ilə bağlı Nümayəndələr Palatasında ifadə verib.
Brayt bildirib ki, ABŞ öz tarixinin ən qaranlıq qışını yaşayacaq: “Payız aylarında pandemiya qriplə birləşəcək və səhiyyə sistemimizdə görünməmiş təzyiqə səbəb olacaq”.
Brayt onu da əlavə edib ki, ABŞ bir çox ölkə ilə əməkdaşlıq etməsinə baxmayaraq, ölkədə effektiv peyvənd planı yoxdur və bu, böyük bir problem yaradacaq.