ABŞ-la ÜST arasında gərginlik: Trampın dəqiq tapşırığı var

Dünya

07.05.2020 - 10:08

cedabet dərman SEO Xidməti

ÜST-ün növbəti uğursuzluğuna imkan verilməyəcək

 

ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusun yayılmasının qarşısını ala bilmədiyi üçün Ağ evin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ yaradacağını istisna etməyib. AYNA xarici KİV-ə istinadən bildirir.

 

Dövlət katibinin sözlərinə görə, hazırda Tramp Administrasiyası hansı addımların daha yaxşı olacağını araşdırır: “ABŞ Prezidenti qarşıya aydın və dəqiq tapşırıq qoyub. Bu da ÜST-ün növbəti uğursuzluğuna imkan verməməkdən ibarətdir. Əgər öz üzərinə düşəni yerinə yetirməyəcəksə, ÜST-ə yüz milyonlarla ABŞ dollarının daxil olması yolverilməzdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş