Tramp"/>

"ABŞ İranla sülhə hazırdır" - <font color=red> Tramp</font>

Dünya

08.01.2020 - 22:42

Həkimlər Klinikalar SEO Xidməti

Tramp İranla münasibətlərindən danışıb 

 

"ABŞ İranla sülhə hazırdır". 

 

AYNA "Report"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

 

"İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır", - o qeyd edib.

 

D.Tramp deyib ki, ABŞ həmçinin NATO-nun bundan sonra Yaxın Şərqdə daha çox aktiv olmağını istəyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş