Tankerlər heç bir hərbi güc tətbiq edilmədən ələ keçirilib
ABŞ İrandan Venesuelaya yanacaq daşıyan dörd tankerin yüklərini müsadirə edib. AYNA xarici mediaya istinadən bildirir ki, Ağ Ev Administrasiyası ilk dəfədir ki, İrandan yanacaq daşıyan tankerlərin yüklərini müsadirə edir.
Xəbərdə qeyd olunub ki, ələ keçirilən tankerlər “Bella”, “Berinq”, “Pandi” və “Luna” tankerləridir. Tankerlərin ABŞ-ın Hyuston şəhərinə doğru hərəkət etdiyi bildirilib.
Məlumata görə, tankerlər heç bir hərbi güc tətbiq edilmədən müsadirə olunub.