Türkiyənin Kahramanmaraş şəhərində meşə yanır. AYNA.AZ "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Onikişubat rayonunda qeydə alınıb.
Təbii fəlakətin söndürülməsi üçün müxtəlif texnikalar, o cümlədən beş helikopter cəlb olunub.
Yanğının səbəbi məlum deyil.