“Flightradar” Murmansk yaxınlığında ABÇ-ın “Boeing RC-135W” təyyarəsini aşkar edib
Rusiyanın Murmansk vilayəti yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus böyük strateji kəşfiyyat təyyarəsi görünüb. AYNA xəbər verir ki, bu barədə uçuş izləmə portalı “Flightradar” məlumat yayıb.
Bildirilib ki, “JAKE11” çağırış nişanlı “Boeing RC-135W Rivet Joint”, çərşənbə günü, noyabrın 2-də Böyük Britaniyanın Mildenhall aviabazasından havaya qalxıb və Moskva vaxtı ilə saat 12:30-dan etibarən Rusiyanın şimal sərhədləri ilə hərəkət edib. Ağ və Barens dənizlərini birləşdirən boğaza çatan təyyarə transponderi söndürməklə hərəkətini davam etdirib.
Eyni zamanda, Polşanın hava məkanında, Kalininqrad vilayəti ilə həmsərhəd ərazi üzərində Almaniyanın NATO-nun Spanqdalen hava bazasından buraxılan Amerika reaktiv çoxfunksiyalı hərbi-nəqliyyat təyyarəsi “Boeing KC-135R Stratotanker” aşkarlanıb.