Zərbələr Kemp-Tac bazasına endirilib
Amerikanın İraqdakı hərbi bazasına raket zərbələri endirilib.
AYNA “Röyters”ə istinadən xəbər verir ki, nəticədə 2 ABŞ, 1 Britaniya hərbçisi həlak olub. Daha 12 hərbçi isə yaralanıb.
Qeyd edək ki, zərbələr Kemp-Tac bazasına endirilib. Bazaya 15 raket atılıb.