Ölkənin büdcə xərcləri 2 faiz azalaraq 6,134 trilyon dollar təşkil edib
Sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökumətinin büdcə kəsiri əvvəlki maliyyə ili ilə müqayisədə 320 milyard dollar (23 faiz) artaraq 1,695 trilyon dollar təşkil edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 2022-ci maliyyə ilində ABŞ-ın büdcə kəsiri 1,375 trilyon dollar təşkil edib. Bu il büdcə gəlirləri 9 faiz azalaraq 4,439 trilyon dollara düşüb.
Vurğulanıb ki, ABŞ-ın büdcə xərcləri 2 faiz azalaraq 6,134 trilyon dollar təşkil edib. Dövlət istiqrazları üzrə faiz ödənişləri 23 faiz artaraq 879,3 milyard dollara çatıb.