ABŞ hərbi təmasların bərpası ilə bağlı Çindən cavab almayıb

Dünya

03.12.2023 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

Çarlz Braun: “Müttəfiqlərlə və ya rəqiblərlə dialoqu davam etdirmək bacarığı həqiqətən vacibdir”

ABŞ Çin Xalq Respublikasından hərbi təmasların bərpası ilə bağlı təklif olunan ideyaya hələ cavab almayıb. AYNA “Bloomberg” agentliyinə istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

Amerikalı general Çindən müsbət qərar gözlədiyini söyləyib: “Müttəfiqlərlə və ya rəqiblərlə dialoqu davam etdirmək bacarığı həqiqətən vacibdir. Rəqiblərə gəldikdə, bu, vəziyyəti düzgün qiymətləndirmək üçün lazımdır”.

General vurğulayıb ki, hələ noyabrda ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında baş tutan görüşdən əvvəl liderlər iki ölkənin hərbçiləri arasında təmasları bərpa etmək barədə razılığa gəliblər: “Mən Çin Mərkəzi Hərbi Komissiyanın birgə qərargah rəisi Liu Zhenliyə məktub yazdım. Mətndə kommunikasiya kanallarının yenidən tətbiqinə çağırdım. Lakin Liu Zhenli ilə birbaşa əlaqə saxlaya bilmədim”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş