ABŞ-dan Myanmada çevriliş edənlərə qarşı sanksiya qərarı

Dünya

11.02.2021 - 02:54

Bayden Myanmanın ordu liderlərini mülki idarəçiləri azad etməyə çağırıb

 

ABŞ Prezidenti Co Bayden Myanmada mülki idarəetməyə qarşı çevriliş edən əsgərlər barədə sanksiya qərarı aldıqlarını bəyan edib.

 

AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu qərarı Ağ Evdəki mətbuat konfransında dilə gətirib.

 

Bayden Myanmanın ordu liderlərini mülki idarəçiləri azad etməyə çağırıb.

 

ABŞ prezidenti bildirib ki, BMT Təhlükəsizlik Şurasında məsələ gündəmə gətirilib və eyni zamanda, beynəlxalq müttəfiqlərlə çevriliş mövzusunu müzakirə edirlər.

Müəllif: Ayna.az