Birləşmiş Ştatlarda ümumilikdə 1,5 insana COVID-19 diaqnozu qoyulub
ABŞ-da sutka ərzində 21 min 500-dən çox insana koronavirus diaqnozu qoyulub, 785 insan isə həyatını itirib. AYNA Cons Hopkins Universitetininə istinadən xəbər verir ki, ABŞ-da yoluxma sayı ötən günü aşıb. Belə ki, ötən gün bu göstərici 18 min 937 nəfər olub.
Dünyada pandemiyada ən çox yoluxma və ölüm sayına görə fərqlənən ABŞ-da ümumilikdə 1,5 insana COVID-19 diaqnozu qoyulub. 90 mindən çox insan isə infeksiyanın qurbanı olaraq həyatını itirib. 283 min insanın müalicə sonrası sağaldığı məlumat verilir.