Administrasiya hazırda konqresmenləri hökumətinin borc limitlərini mümkün qədər tez artırmağa çağırır
2023-cü ilin iyul-sentyabr aylarında ABŞ defolt ola bilər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Konqresinin Büdcə Ofisi məlumat yayıb.
Ofis iddia edir ki, borc limiti dəyişdirilməsə, ABŞ hökumətinin borc almaq imkanları tükənəcək. Beləliklə, ABŞ-da defolt olacaq.
ABŞ administrasiyası hazırda konqresmenləri hökumətinin borc limitlərini mümkün qədər tez artırmağa çağırır. Amma Respublikaçılar Partiyası ölkənin büdcə xərclərini azaltmaqda israrlıdır.