“Çox vacib olan odur ki, bizim çox yetkin vətəndaş cəmiyyətimiz, çox yetkin gənclərimiz var”
“Gürcüstan əhalisi artıq bir çox sınaqlardan keçib, böyük müqavimət göstərib. Bu, dinc nümayişdir. Qarşıda seçkilərimiz var və mən bu seçkilərdə bir növ referenduma çevriləcək Avropayönlü cəbhənin lideri olacağam”. AYNA xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili CNN telekanalına bildirib.
“Mən bunu seçkilərdə birbaşa iştirakla deyil, siyasi partiyaların və vətəndaş cəmiyyətinin qərbyönlü, Avropayönlü cəbhəsinin qarantı kimi iştirak edəcəyəm. Çox vacib olan odur ki, bizim çox yetkin vətəndaş cəmiyyətimiz, çox yetkin gənclərimiz var. Üçüncü həftədir ki, bir pəncərəni sındırmadan, bir dənə də maşın yandırmadan nümayişlər keçirirlər. Gürcüstan əhalisinin nə qədər yetkin olduğu və öz Avropa yolunu saxlamaqda nə dərəcədə məqsədyönlü olduğu başqa ölkələrə də tam aydın olacaq”, - deyə Gürcüstan Prezidenti qeyd edib.