Zurabişvili Gürcüstandakı vəziyyətin Avropa Şurasında müzakirəsini istəyir

Dünya

17.04.2024 - 10:55

Prezidenti Şarl Mişel və Emmanuel Makrona Gürcüstanda baş verənləri müzakirə etmək xahişi ilə müraciət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransa Prezidenti Emmanuel Makrona və Avropa İttifaqı Şurasının sədri Şarl Mişele müraciət edərək Avropa Şurasının qarşıdakı iclasının gündəliyinə Gürcüstandakı vəziyyətlə bağlı məsələnin daxil edilməsi xahişi ilə müraciət edib. AYNA xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

“Gürcüstan Prezidenti Şarl Mişel və Emmanuel Makrona bu məsələnin gündəmdə olmamasına baxmayaraq, Avropa Şurasının qarşıdakı iclasında Gürcüstanda baş verənləri müzakirə etmək xahişi ilə müraciət edib”, - deyə rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, aprelin 16-da gürcülər xarici agentlər haqqında qanun layihəsinə baxılan Gürcüstan Parlamentinin girişində aksiya keçiriblər.

Xatırladaq ki, Mişel xarici agentləri haqqında qanunun Gürcüstanın Avropa İttifaqına daxil olmaq planları ilə bir araya sığmadığını vurğulayıb.

Gürcüstanda xarici agentlərlə bağlı qanun layihəsinə səsvermə aprelin 17-nə təxirə salınıb.

Xatırladaq ki, müxalifət və narazı əhali artıq iki gündür ki, Tiflisdə parlament binası yaxınlığında toplaşıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Müəllif: Ayna.az