Mixail Podolyakın qardaşı Rusiyada dünyasını dəyişib
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyakın qardaşı Vladimir Rusiyada dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə ingilisdilli çex resursu KIU “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Vladimir Podolyak 2024-cü il mayın 19-da 59 yaşında vəfat edib. Onun məzarında hərbi geyimli bir adamın portretini əks etdirən foto da dərc edilib. Bildirilir ki, Podolyak ehtiyatda olan polkovnik olub.
Vladimir Podolyakın ölüm səbəbi və şəraiti məlum deyil.
Daha əvvəl Mixail Podolyak Rusiya paytaxtında yaşayan qohumunun olduğunu təsdiqləsə də, onların əlaqə saxlamadıqlarını vurğulayıb. O, qardaşı ilə Ukraynadakı münaqişə ilə bağlı fərqli baxışlara malik olduğuna aydınlıq gətirib, həmçinin FSB ilə əlaqəsi barədə məlumatları təkzib edib.