Zelenski: “Xarkovun müdafiəsi çətinləşib”

Dünya

08.04.2024 - 15:23

cedabet Klinikalar SEO Xidməti

“Biz Xarkov səmasını qorumaq üçün imkanlar axtarırıq”

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovu hava hücumlarından qorumaqla bağlı çətin vəziyyət yarandığını etiraf edib. AYNA xəbər verir ki, bu barədə Prezident “Telegram”da yayımladığı axşam müraciətində bildirib.

Zelenski Ukraynanın hava hücumundan müdafiə sistemlərinin olmadığını vurğulayıb və Qərb tərəfdaşlarını daha çox tədarük etməyə çağırıb.

“Biz Xarkov səmasını qorumaq üçün imkanlar axtarırıq”, - deyə Zelenski vurğulayıb.

Bundan əvvəl Britaniyanın “The Economist” nəşri Rusiya ordusunun Qərbin Kiyevə verdiyi bir neçə “Patriot” hava hücumundan müdafiə sistemini məhv etdiyini yazıb. Ukrayna Silahlı Qüvvələri şəhərləri, o cümlədən Xarkovu qorumaq üçün bu sistemlərdən istifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş