Zelenski: “Putin və Trampla görüşməyə hazıram, amma Moskvada yox”

Dünya

17.09.2025 - 15:44

“Heç bir şərt olmadan görüşməyə hazıram"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bəyan edib. AYNA.AZ xəbər verir ki, lakin Ukrayna lideri danışıqların Moskvada keçirilməməli olduğuna inanır.

"Mən ABŞ Prezidenti Donald Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda görüşməyə hazıram. Heç bir şərt olmadan görüşməyə hazıram", - Zelenski “Sky News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, liderlər arasında görüş hər hansı başqa ölkədə baş tuta bilər: “Amma mütləq Rusiya paytaxtında yox”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş