Ukrayna Prezidentinin ona verilən “Böyük Karl” mükafatının təqdimat mərasimində şəxsən iştirakı gözlənilir
Ukrayna Prezidenti Volodimir Zelenski mayında Almaniyaya səfər edə bilər. AYNA xəbər verir ki, bu barədə “Bild” yazıb.
Qeyd edilib ki, bu, Ukrayna liderinin Rusiyanın genişmiqyaslı işğalına başlamasından bəri Almaniya ərazisinə ilk səfəri olacaq.
Məlumatı “Bild”lə Almaniya hökumətinin yüksək vəzifəli şəxsləri paylaşıblar.
Bildirilir ki, Zelenski illik “Böyük Karl” mükafatının təqdimatı mərasimində iştirak edəcək.
Mükafatlandırma mərasimi Auxen şəhərində baş tutacaq və kansler Olaf Şols orada tərif nitqi söyləyəcək. Zelenskinin tədbirdə iştirak etmək üçün ora şəxsən gələcəyi planlaşdırılıb.
Qeyd edək ki, “Böyük Karl” mükafatı Avropanın inkişafına və Avropa inteqrasiyasına verdiyi töhfələrə görə təqdim edilir. Ötən ilin dekabr ayında Mükafat Komitəsi Zelenskini və bütün Ukrayna xalqını 2023-cü ilin laureatı elan edib.
Mükafat Komitəsinin açıqlamasında vurğulanıb ki, ukraynalılar Rusiyanın təcavüzünə qarşı çıxmaları, cəsarətləri və dövlət suverenliyinin müdafiəsi ilə bir çox avropalı üçün nümunə olublar.