"İndi bizim vəzifəmiz Rusiyada danışıqlarda deyilənlər barədə tam məlumat əldə etməkdir"
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev ABŞ-dan ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında aparılan son danışıqlar barədə məlumat almaq istəyir. AYNA.AZ xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Zelenskinin sözlərinə görə, danışıqların təfərrüatları Mayamidə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDC) katibi Rustem Umerov və Uitkoff arasında keçiriləcək görüş zamanı müzakirə olunacaq.
"İndi bizim vəzifəmiz Rusiyada danışıqlarda deyilənlər barədə tam məlumat əldə etməkdir", - Prezident deyib.
Zelenski qeyd edib ki, Kiyev istənilən inkişafa hazırdır.