Zaxarova: “İndi Zelenski özünün sağ qalmasını düşünür”

Dünya

13.12.2023 - 11:03

cedabet dərman SEO Xidməti

XİN rəsmisi: “Bu, Amerika pulu olmadan mümkün deyil”

“Ukrayna Prezidenti Volodimir Zelenski Amerika tərəfindən Kiyevə kömək üçün əlavə maliyyə ayrılmasını xahiş etmək, habelə Ukraynanın mineral ehtiyatlarının “BlackRock” korporasiyasına verilməsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a gedib”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, Zelenski Ağ Evi Ukrayna ilə maraqlanmağa inandırmaq istəyir: “Ukrayna “Telegram” kanallarının məlumatına görə, onun Vaşinqtona səfərinin məqsədi Ukraynanın yeraltı sərvətlərinin və torpaqlarının bütün strateji müəssisələrinin “BlackRock” transmilli korporasiyasının rəhbərliyinə verilməsi həll etməkdir. Səbəb isə korporasiyanın yeni irimiqyaslı hərbi və maliyyə yardımı paketinin əldə edilməsində göstərdiyi köməkdir”.

“İndi Ukrayna Prezidenti ancaq özünün sağ qalmasını düşünür. Bu, Amerika pulu olmadan mümkün deyil”, - deyə Zaxarova vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş