Zabratda qəza olub: ölən var

Xəbərlər

29.11.2025 - 14:49

İki avtomobil toqquşub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Mirəli Abbasov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkət edərkən 2003-cü il təvəllüdlü Ələsgər Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü Ələsgər Ələsgərov ölüb.

Avtomobildə olan sərnişinlər 2003-cü il təvəllüdlü Sevinc Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Rəsulova, digər sürücü Mirəli Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş