Türkiyədə azərbaycanlıların açdığı sayta ermənilər hücum edib

Xəbərlər

25.09.2019 - 18:00

E.Aslangil qeyd edib ki, erməni hakerlər saytın “Facebook” səhifəsini ələ keçiriblər

 

Bir neçə ay öncə Tükiyədə azərbaycanlılar tərəfindən yaradılan "ASAS MEDYA" saytı erməni hakerlərinin ard-arda hücumalarına məruz qalır.

 

AYNA xəbər verir ki, bu barədə saytın rəhbəri Elçin Aslangil məlumat verib. E.Aslangil qeyd edib ki, erməni hakerlər saytın “Facebook” səhifəsini ələ keçiriblər, həmçinin saytın özünə ard-arda hücumlar edirlər.

 

Elçin Aslangil soydaşlarımızı ermənilərin etdiyi bu hərəkətə biganə qalmamağa çağırıb. 

 

Elçin Aslangil adlı şəxsin şəkli.

Elçin Aslangil adlı şəxsin şəkli.

Müəllif: Ayna.az