Gələn ilin dövlət büdcəsi müzakirə olunur

Xəbərlər

18.11.2019 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

İclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi II oxunuşda müzakirə olunur

 

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilir.

 

AYNA xəbər verir ki, iclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi II oxunuşda müzakirə olunur.

 

Qeyd edək ki, Milli Məclisin noyabrın 12-də  keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri müzakirə olunub.

 

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və hökumətin üzvləri iclasda iştirak ediblər.

Müəllif: Ayna.az