Nikos Dendias Ermənistana səfər edib
Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistanda səfərdədir. AYNA xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mənim dəvətimlə Yunanıstanın milli müdafiə naziri Nikos Dendiasın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib”, - deyə erməni nazir qeyd edib.