TƏBİB sədri: “Marketlərdə nəzarət xüsusi şəkildə həyata keçiriləcək, qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaq”
“Aparılan araşdırmalar nəticəsində əksər marketlərdə metodik göstərişlərə əməl olunmadığı aşkarlanıb. Marketlərdə nəzarət xüsusi şəkildə həyata keçiriləcək. Qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaq”.
AYNA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı belə deyib.
O, digər məqama da toxunub: “Təəssüf ki, yas yerlərində kütləvi yoluxmalar baş verir. Yas mərasimləri qadağan olunsa da, xüsusən rayonlarda bu qadağalara riayət olunmur”.
“Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir. Xüsusən, yaşlı insanların və qadınların yas yerlərində toplaşması yoluxmaya səbəb olub. Vətəndaşları qaydalara riayət etməyə dəvət edirik”.