SOCAR dənizdə çalışan işçilərini təxliyyə edir

Xəbərlər

01.12.2019 - 19:45

Həkimlər Klinikalar SEO Xidməti

Şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib

 

SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyə tədbirlərinə başlayıb.

 

Qurumdan AYNA-ya verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyəsinə başlayıb.

 

Bu gün səhər başlayan təxliyə tədbirləri axşam saatlarına qədər davam edəcək. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş