Raket və artilleriya qoşunları start mövqelərinə çıxır – <font color=red> VİDEO</font>

Xəbərlər

17.09.2019 - 14:54

Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib

 

Azərbaycan Ordusunun təlimlərində qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

 

Sentyabrın 20-dək davam edəcək təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Müəllif: Ayna.az