Qaçırılan maşın Ağsu rayonu ərazisində tapılıb
İyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.