Yəmən ordusuna hücum edilib, 10 əsgər həlak olub

Dünya

07.01.2020 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

"Raket zərbəsi nəticəsində on əsgər ölüb, yaralananlar var"

 

Husilər Yəmən ordusundakı hərbi bazaya ballistik raket atıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 10 əsgər həlak olub. Bundan başqa, yaralananlar da var.

 

"Dalai əyalətinin şimalındakı (Yəmənin mərkəzi) Mreis bölgəsindəki dördüncü Sadrin ehtiyat briqadasının təlim bazasına ballistik raket zərbəsi endirilib. On əsgər ölüb, yaralananlar var", - deyə adı açıqlanmayan mənbədən bildirib.

 

Xatırladaq ki, Yəməndə hökumət ilə husilər arasında hərbi-siyasi qarşıdurma 2014-cü ildən bəri davam edir. 2015-ci ilin mart ayından etibarən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrinin hərbi koalisiyası hökumət tərəfindədir.

 

2018-ci ilin dekabr ayında Yəməndəki münaqişə tərəfləri bir neçə il ərzində ilk dəfə BMT-nin Stokholmda təşkil etdiyi danışıqlar masasında görüşüblər. Xüsusilə məhbusların mübadiləsi, Qırmızı dənizin liman şəhəri Hodeidada atəşkəs və hussilər tərəfindən BMT-nin nəzarətinə keçməsi ilə bağlı bir çox vacib razılaşmalar əldə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş