Yəmən ordusu husilərə ağır zərbələr endirib

Dünya

22.05.2020 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Mənsur dağı və digər bölgələrin ələ keçirildiyi bildirilir

 

Yəməndə 4 husi yaraqlısı öldürülüb, 16-sı isə əsir götürülüb. AYNA xəbər verir ki, bu barədə Yəmən ordusunun sözcüsü Rəbi əl-Küresi məlumat verib.

 

O, Cevf əyalətinin şimalında husilərə qarşı əməliyyat keçirdiklərini və husilərin nəzarətində olan Mənsur dağı və digər bölgələri ələ keçirdiklərini söyləyib.

 

Əməliyyat zamanı husilərin öldüyünü və əsir düşdüyünü bildirən Kureşi sıralarında itki olmadığını qeyd edib. Lakin husilər hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş