Yellen: “ABŞ eyni vaxtda İsrail və Ukraynaya hərbi yardım edə bilər”

Dünya

16.10.2023 - 17:31

“Həm İsrail, həm də Ukrayna üçün vəsait ayırmalıyıq”

Vaşinqton eyni vaxtda İsrail və Ukraynaya hərbi yardım göstərə bilər. AYNA xəbər verir ki, bu barədə “Sky News”a müsahibəsində ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Həm İsrail, həm də Ukrayna üçün vəsait ayırmalıyıq. Bu, prioritet məsələdir”, - nazir bildirib.

Onun sözlərinə görə, Vaşinqton, şübhəsiz ki, İsrailin tərəfini tuta və onun hərbi ehtiyaclarını dəstəkləyə bilər və eyni zamanda, Ukraynanı dəstəkləməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş