Yasamalda xüsusi riskli əməliyyat keçirilib

Hadisə

18.06.2019 - 10:26

FHN-in "qaynar xətt"inə həyəcan siqnalı daxil olub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

 

Əməliyyat uğurla başa çatıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə