Yaponiyada koronavirusdan ilk ölüm

Dünya

13.02.2020 - 22:36

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusdan ölənlərin sayı artmaqda davam edir 

 

Yaponiyada yeni növ koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən şəxs Kanaqava prefekturasının 80 yaşlı sakinidir. Bu barədə məlumatı ölkənin səhiyyə, əmək və rifah naziri Katsunobu Kato yayıb. Onun sözlərinə görə, qadın bir neçə gün əvvəl xəstəxanaya müraciət edib və qripdən müalicə alıb. Həkimlər yalnız qadının ölümündən sonra onun koronavirusa yoluxduğunu müəyyən ediblər.

 

Qeyd edək ki, son məlumata görə, Çinin Uxan şəhərindən yayılmağa başlayan koronavirusdan ölənlərin sayı 1310 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş