Yaponiyada hökumət istefaya gedib

Dünya

16.09.2020 - 08:16

Həkimlər Klinikalar SEO Xidməti

Yaponiya parlamenti yeni Baş Nazirin namizədliyinə səs verəcək

 

Yaponiya Baş Naziri Sindzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.

 

AYNA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası bildirib.

 

Yaxın saatlarda Yaponiya parlamenti yeni Baş Nazirin namizədliyinə səs verəcək. Bu posta ölkənin hakim Liberal Demokrat Partiyasının yeni sədri Yosixide Suqanın seçiləcəyi gözlənilir. Bundan sonra Suqa yeni hökumətinin tərkibini açıqlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş