Yaponiyada güclü zəlzələ olub

Dünya

13.02.2021 - 18:28

Ölkədə sunami təhlükəsi elan edilib 

 

Yaponiyanın Fukusima prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.

 

AYNA “TASS”a istinadən xəbər verir ki, bunu ölkənin Baş Meteorologiya İdarəsi açıqlayıb.

 

Sunami təhlükəsi elan edilib.

 

Yeraltı təkanlar nəticəsində TASS-ın Tokiodakı nümayəndəliyinin binasında avadanlıqlar, mebellər aşıb, bütün binada təcili qaz kəsmə sistemi işə salınıb.

Müəllif: Ayna.az