Yaponiya Cənubi Koreyaya nota verib

Dünya

29.12.2023 - 22:50

cedabet dərman SEO Xidməti

paytaxt Parisdə 6 min polis asayişi qoruyacaq

Yaponiya mübahisəli Takesima adaları yaxınlığında hərbi təlimlər keçirdiyinə görə Cənubi Koreyaya etiraz notası göndərib.

Bu barədə AYNA xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Cənubi Koreyanın Yaponiyadakı səfirliyinin nümayəndəsinə bu cür hərəkətlərin tamamilə yolverilməz və son dərəcə təəssüf doğurduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Yonhap” informasiya agentliyi mənbələrinə istinadən bu bölgədə hərbi manevrlərin keçirildiyini məlumat verib.

Takesima (Tokto) ümumi sahəsi 0,188 kvadratkilometr olan kiçik adalar qrupudur. Adalar Koreya yarımadasının şərqində yerləşir. Bu yaşayış olmayan qayalıq ərazilər 1945-ci ildən beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda adalara Cənubi Koreya Silahlı Qüvvələri nəzarət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş