Yapon alimləri parkinson xəstəliyinin dərmanını tapıblar

Dünya

20.02.2026 - 15:09

"Bu, irəliyə doğru böyük bir addımdır”

Parkinsonun müalicəsi üçün induksiya edilmiş pluripotent kök hüceyrələrindən (iPS hüceyrələri) istifadə edərək hazırlanmış dərman Yaponiyada qismən təsdiqlənib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kioto Universitetinin iPS Hüceyrə Tədqiqatları və Tətbiqi İnstitutu məlumat yayıb.

"Bu, irəliyə doğru böyük bir addımdır. Bu müalicə metodunun mümkün qədər tez etibarlı standart seçimə çevrilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik", - institutun direktoru Jun Takahaşi qeyd edib.

Dərman özündə parkinson xəstəliyi olan xəstələrə transplantasiya üçün nəzərdə tutulmuş iPS hüceyrələrindən yetişdirilən sinir hüceyrələrini ehtiva edir. Ötən ilin aprel ayında Kioto Universiteti bu hüceyrələrin transplantasiyasından sonra bəzi xəstələrdə müsbət dəyişiklikləri göstərən klinik sınaq nəticələrini təqdim edib. Avqust ayında “Sumitomo Pharma” bu məhsulun “Amshepuri” ticarət adı altında təsdiqlənməsi üçün müraciət edib və nəzərdən keçirmə prosesi sürətləndirilib.

Bundan əlavə, işemik kardiyomiyopatiyanın müalicəsi üçün nəzərdə tutulmuş iPS hüceyrələrinə əsaslanan dərman da qismən təsdiq alıb. Hər iki dərman öz növündə unikaldır və hazırda dünyada analoqu yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş