Yağış yağsa da, yanğınlar ara vermir

Dünya

06.01.2020 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Avstraliyada böyük fəlakət davam edir

 

Avstraliyanın meşə yanğınına məruz qalan bölgələrində yağış yağıb və temperatur aşağı düşüb. Hələlik Sidneydən Melbrunadək yağan yağış, Yeni Cənubi Uelsin bəzi hissələrində leysana çevrilib.

 

AYNA BBC-yə istinadən xəbər verir ki, yağış yağmasına baxmayaraq, hökumət yenə də növbəti yanğınlar barədə xəbərdarlıq edib: “Hələlik heç nə haqqında əmin ola bilmərik. Amma bacardığımız qədər yanğın olan ərazilərdən insanları evakuasiya edirik, canlılar təhlükəsiz yerlərə daşınır. Kamberradakı Avstraliya Milli Qaleriyası və paytaxdakı Milli Universitet bağlanıb”.

 

Xatırladaq ki, ötən ilin sentyabrdan başlayan yanğınlar son bir neçə gündə güclənib. Avstraliyada 3-cü fövqəladə vəziyyət elan olunub, imkanı çatan hər bir vətəndaş yanğınların qarşısının alınması üçün səfərbər edilib. Bununla yanaşı, xeyli sayda ölən və xəsarət alan var.

 

Son məlumata görə, 40-dan çox xilasedici həlak olub, 500 milyondan çox heyvan yanaraq tələf olub, bir qrup heyvanın nəsli kəsilib, 4 milyon hektardan çox meşə sahəsi yanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş