Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatıb

Xəbərlər

07.10.2019 - 17:57

Həkimlər Klinikalar SEO Xidməti

Dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

 

AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, saat 17:00-a olan məlumata əsasən, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.

 

Dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.

 

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq dənizdə çalışan neftçilər də təxliyə ediliblər. Güclü külək səbəbindənhava 150 işçi təxliyə olunsa da, dənizdə hələ də neftçilərin qaldığı bildirilir.  Baş verəcək hər hansı bədbəxt hadisənin, qəzanın qarşısını almaq üçün neft-qaz yataqlarında növbətçi gəmilər, FHN-nin yanğından mühafizə gəmiləri növbə çəkir"

Müəllif: Ayna.az