İki gün iş olmayacaq

Xəbərlər

01.11.2019 - 15:33

Noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür

 

Noyabr ayı ərzində qeyri-iş günləri açıqlanıb. AYNA xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu ayda 2 gün iş olnayacaq:

 

2019-cu ildə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür.

 

Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, yəni 11 noyabr tarixi də qeyri-iş günü olacaq.

Müəllif: Ayna.az