Xətai və Binəqədidə xilasetmə əməliyyatları keçirilib

Hadisə

30.08.2019 - 10:58

Hadisə yerlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.

 

“Qaynar xətt”ə Bakı şəhərinin Binəqədi rayonu üzrə də liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə