Bakıda ağırçəkili adamın köməyinə xilasedicilər yetişib

Hadisə

28.10.2019 - 15:32

Həkimlər Klinikalar SEO Xidməti

Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşa müvafiq köməklik göstəriblər

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Yasamal rayonundan müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün köməyə ehtiyac yaranıb.

 

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Müəllif: Ayna.az