Xameneyinin oğlu İranın Ali Rəhbəri seçilib

Dünya

09.03.2026 - 09:10

Qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib

Ayətullah Seyid Əli Xameneyinin oğlu Müctəba Xameneyi İranın yeni Ali Rəhbəri seçilib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, müvafiq qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib.

Xatırladaq ki, Müctəba Xameneyi İranın üçüncü Ali Rəhbəri olub.

Qeyd edək ki, onun atası Seyid Əli Xameneyi fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O 1989–2026-cı illər arasında İranın Ali Rəhbəri olub.

Müctəba Xameneyi 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olub. İranın sabiq Ali Rəhbərinin ikinci övladıdır.

İlahiyyat təhsili alıb, Qumdakı dini mərkəzdə dərs deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş